Sumqayıt şəhər İnternat tipli gimnaziya son vaxtlar öz fəalliyyətində uğurlu işlərlə diqqət çəkir.
Məktəbə yeni direktor təyin olunan Fəridə Mustafayevanın rəhbərliyi ilə tədris və tərbiyə sahəsində məhsuldar işlər görülür.
Gimnaziyanın bu ilki məzunları yüksək nəticə əldə etmişdir. 4 nəfər məzunumuz 600 baldan yuxarı nəticə göstərmişdir. 5 nəfər məzunumuz gimnaziyanı fərqlənmə attestatları ilə bitirmişdir. Belə uğurlu işlərdən biridə gimnaziyada “Sən qalib ol Azərbaycan”-adlı zəfər tədbiri olmuşdur.
Tədbirdə şəhid və qazi ailələrinin üzvləri, məktəb direktorları və pedaqoji heyət iştirak etmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Fəridə Mustafayeva böyük vətən müharibəsi haqqında qonaqlara ətraflı məlumat vermiş, məktəbin sinif otaqlarının şəhid adlarını qürürla daşıdığını vurğulamışdır.
Tədbirin fəxri qonaqları sırasında milli qəhrəman general Polad Həşimovun anası Səmayə ana bütün şəhid anaları adından çıxış edərək şagirdləri belə vətənpərvər ruhda yetişdirdiklərinə görə İnternat tipli gimnaziyanın kollektivinə təşəkkür etmişdir. Sonda Səmayə anaya P.Həşimovun portreti hədiyyə olunmuşdur.