Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının C1 qrupunda 4-cü turun oyununa çıxıb.
“Newpost.az” xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Slovakiya ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, milli komandamız səfərdə Slovakiyaya 0:2 uduzmuşdu.
20:00 Azərbaycan – Slovakiya 1:3
Qollar: Toral Bayramov, 38 – Rahil Məmmədov, 15 (avtoqol), Lukaş Haraslin, 75, David Duriş, 87 Bakı, Tofiq Bəhramov adına Respublika stadionu Baş hakim – Rohit Saqqi (Norveç)
Rəşad Rafiqoğlu, Bizim.Media