Maddi və şəxsi maraqları milli-mənəvi dəyərlərdən üstün tutan bir qrup ünsür yenə öz çirkin kampaniyalarına əl atmaqla qərbin maşası rolunda çıxış edir. Bu ünsürlərin içərisindəki “bilici”, çox güclü “siyasətçi” olan Əli Kərimli də yenə öz ampulasındadır, necə deyərlər lap komandasına xəyanət edib riyakarlıq edən futbolçu kimi. Futbolçudan fərqi ondadır ki, Əli Kərimli sadəcə komandasına deyil, vaxtilə xalqımıza xəyanət edib. 1990-cı illərin əvvəlinə-baş vermiş tarixi hadisələrə nəzər salsaq AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyətinə şahidlik etmiş olarıq. Bu gün balaca uşaqdan yaşlı insana qədər hər kəs bilir ki, Əli Kərimli musson küləyinə bənzəyir. Qərbdən sifariş gələn kimi dərhal başlayır pafoslu çıxışlarla və xalqa növbəti nağılını danışmağa. Ancaq, bir həqiqəti anlamır ki, cəmiyyətdə artıq bu yalanlara qarşı bir ictimai immunitet yaranıb. Daha heç kəs bu ünsürlərin cəfəngiyyatına inanmır.
Yenə Əli Kərimli cəmiyyətdə qalmaqal, xaos yaratmaq arzusunu xalqı mitinqə dəvət etməklə aprelin 21-də reallaşdırmaq istəyir. Ancaq reallıqları görməyəcək qədər kordur bu adam.
Tarixi faktdır ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu qızıl hərflərdən ibarət şanlı tarix yazıb. Prezident İlham Əliyevin düzgün və müdrik siyasəti ilə Azərbaycanın hərtərəfli inkişafı və ərazi bütövlüyümüz tam şəkildə təmin olunub. Bunu görməmək üçün Əli Kərimli və onu maliyyələşdirənlər gərək ki, kor olsunlar. Yaxşı, bəs indi Kərimli və havadarları kordur, eyni zamanda da kardırlarmı? Bizim dünyaya səs salan tarixi Qələbəmiz haqqında heç eşitməyiblərmi. Bəli, elə məsələlərə məhz bu kontekstdə yanaşsaq şahid olarıq ki, Əli Kərimli kimi ünsür bizim tarixi Qələbəmizə sevinə bilməz, əksinə xalqı və dövləti parçalamaq üçün gərəksiz mitinq çağırışları edər. Axı dövlət, xalq, ərazi bütövlüyü bunlar milli anlayışlardır. Milli kimliyi məlum olmayan adamdan hansı milli davranış nümunəsi gözləmək olar ki,? Əlbəttə ki, heç cür!
Əli Kərimli üçün sadəcə bir təklif irəli sürə bilərəm. Qərbin maşası olub, sifarişlə özü ağılda 5-10 adama müraciət etməkdənsə, xalqın bir neçə ziyalı nümayəndəsini dəvət edib, öz milli kimliyini mübahisələndirsin. O zaman məlum olacaq ki, əslində onun özünü tanımağa və tapmağa ehtiyacı var. Çünki bu cəmiyyətdə xain Əli Kərimliyə yer yoxdur!