“Bu il Azərbaycanın ixracı 29 milyard ABŞ dollarını ötüb, ticarət balansının profisiti 15 milyard ABŞ dollarından çox olub”.
“Newpost.az” Oxu.Az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Gömrük Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, qeyri-neft-qaz sektorunun ixracı isə 11%-dən çox artaraq 2,7 milyard ABŞ dollarını ötüb:
“Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatıb. Cari ilin doqquz ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı 23% təşkil edib”.