Azərbaycan Respublikasının Gənclər Fondunun 14 aprel-15 may 2023-cü il tarixlərində keçirdiyi 17-ci qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 71, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Ancaq 230 Gənclər Təşkilatı bu nəticələrdən narazıdır və ölkə prezidentinə müraciət etmək fikrindədirlər. Onlardan birinin rəhbəri, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının (Azərbaycan Qaçıqın və Məcburi Köçkün Gənclər Təşkilatının) sədri Vüqar Qədirov öz Facebook səhifəsində Gənclər Fondunun müsabiqəsinin nəticələri ilə bağlı etirazını bildirib. Təşkilat sədrinə görə, müsabiqə və onun nəticələri obyektiv keçirilməyib. O, yazısında qeyd edib ki, “Gənclər Fondunda bütün izlərin ünvanını bilirik”. Dünya Gənc Türk Yazarlar Birliyinin təsisçisi, şair-publisist, “Tərəqqi” medallı Əkbər Qoşalının Vüqar Qədirovun müraciətinə dəstək məqsədilə yazdığı “Yox təşkilatınız tək deyil, Dünya Gənc Türk Yazarlar Birliyi də qıraqda saxlanıb” fikirləri onu deməyə əsas verir ki, ölkəmizdə nüfuzlu və uzun illərdir uğurla iri layihələr həyata keçirən gənclər təşkilatları kənarda saxlanıb.
Araşdırma zamanı məlum oldu ki, Ədliyyə Nazirliyindən 300-dən artıq gənclər təşkilatı qeydiyyatdan keçib. Onların 172-si Gənclər Təşkilatları Milli Şurasının üzvüdür. Ancaq Gənclər Fondu onlardan 71 Gənclər təşkilatını maliyyələşdirib. Və maliyyələşən təşkilatlar nədənsə son illərdəki müsabiqələrin eyniadlı qalibləridir.
Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının (Azərbaycan Qaçıqın və Məcburi Köçkün Gənclər Təşkilatının) sədri Vüqar Qədirov yazısında bildirib ki, “Gənclər Fondunda qruplaşmalar var. Biz heç bir qruplaşmanın üzvü olmadığımız üçün qalib olmamışıq. Gənclər Təşkilatlarının Milli Şurasının köynəyindən çıxıb kostyum geyinən qruplaşma rəhbərlərinin fəaliyyətlərinin ictimailəşməsinə ehtiyac var”.
Araşdırmamız nəticəsində müəyyən etdik ki, Gənclər Təşkilatlarının Milli Şurasının köynəyindən çıxıb kostyum geyinən Gənclər Fondunda bir nəfər var ki, o da müsabiqənin nəticələrini hamıdan 1-ci paylaşan, Fondun gənclər təşkilatları ilə şöbənin müdiri Seymur Hüseynovdur. Seymur Hüseynov uzun müddət Gənclər Təşkilatları Milii Şurasının sədri olub. Və doğru olmayan məlumatları “yuxarıya” çatdıran, ürəyi istəmədiyi təşkilatların necə deyərlər “torbasını” da elə Seymur Hüseynov tikir. Qeyd olunur ki, Seymur Hüseynov “yuxarı”da tabe olduğu rəhbər şəxslərə özünü gənclər təşkilatlarını yaxşı tanıdığını bildirir və beləliklə onlar haqqında istədiri rəyi formalaşdırır. Özüdə pisliyi Gənclər Təşkilatları Milii Şurasının sədri olmasında ona dəstək olan təşkilatlara edir. Təəcüblü deyil. Çünki qeyd olunur ki, Seymur Hüseynov görsəndiyi kimi nurlu, məsum birisi deyil. O intriqant, pulgir şəxsdir. Mənbə bildirir ki, növbəti dəfə Seymur Hüseynovun himayə etdiyi təşkilatlar haqqında da məlumatlar verəcək.
















































































































































