Azərbaycanın “Avroviziya 2021” təmsilçisi, müğənni Samirə Əfəndi İsraili tərk edib. Bu barədə ifaçı öz sosial şəbəkə hesabında paylaşım edib. O, bu gün Təl-Əvivdən İstanbula yola düşüb. Qeyd edək ki, Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva İsrail konsertindən sonra bu ölkədə müharibə səbəbi ilə ölkəni tərk edə bilməyiblər.