Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini İlham Məmmədov Asiya Parlament Assambleyasının tədbirlərinə qatılmaq üçün iyulun 10-da İranın Tehran şəhərinə səfər edəcək.
“Newpost.az” xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputat səfər çərçivəsində Asiya Parlament Assambleyasının Büdcə və planlaşdırma üzrə daimi komitəsinin və Nizamnamə sənədləri üzrə işçi qrupunun iclaslarında iştirak edəcək.