Əsas səhifəCəmiyyətİ.Tağıyev adına 26 saylı tam orta məktəbin müəllimi Kamil Səbzalıyev tərəfindən 20 Yanvar faciəsi ilə bağlı olduqca təsiredici AÇIQ DƏRS – VİDEO
İ.Tağıyev adına 26 saylı tam orta məktəbin müəllimi Kamil Səbzalıyev tərəfindən 20 Yanvar faciəsi ilə bağlı olduqca təsiredici AÇIQ DƏRS – VİDEO
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Bu il isə artıq Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötür. Bununla əlaqədar İ.Tağıyev adına 26 saylı tam orta məktəbin müəllimi Kamil Səbzalıyev tərəfindən 20 Yanvar faciəsi ilə bağlı sözügedən hadisələrin canlı şahidi, şagirdlər və məktəb rəhbərliyinin iştirakı ilə olduqca təsiredici açıq dərs keçirilib.
“Newpost.az” xəbər portalı olaraq həmin dərsdən hazırlanmış fraqmenti sizlərə təqdim edirik: