Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncədə növbəti vətəndaş qəbulunu keçirib.
“Newpost.az”xəbər verir ki, seçicilərin qaldırdıqları məsələlər əsasən sosial təminat, kommunal və məşğulluqla bağlı olub. Müraciətlər dinlənilib: “Görüşdə iştirak edən seçicilərə bəzi məsələlərlə əlaqədar müəyyən izahat verilib, digər müraciətlər qeydiyyata götürülərək, aidiyyəti üzrə müvafiq qurumlara ünvanlandırılacağı bildirilib”.