İstənilən sahə üzrə həkim qəbulu konsultasiyadan başlayır.
“Newpost.az” xəbər verir ki, bu açıqlamanı tanınmış həkim-kosmetoloq Sevinc Əliyeva özünün instagram sosial şəbəkəsində paylaşıb.
O qeyd edib ki, konsultasiya eyni ilə kosmetologiya sahəsində də vacibdir. İlk öncə pasiyentlə ünsiyyət olur, sonra isə dərinin qiymətləndirilməsi aparılır. Cildinizə hansı prosedurlar lazım olduğu konsultasiya zamanı aydınlaşdırılır.
Çox vaxt özbaşına prosedurlar icra olunur, hansı ki, o prosedur sizə heç vaxt uyğun olmur. Öna görə ilk öncə mütləq şəkildə konsultasiyaya yazılın.