Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol şöbəsinin müdiri Kamil Rzayev saxlanılaraq istintaqa cəlb ediliblər.
Onu da qeyd edək ki, DTX 2020-ci ildə də sözügedən nazirlikdə əməliyyat keçirmiş və nazirin keçmiş müavini Rafiq Bayramov saxlanılmış və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.

















































































































































