Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.
“Newpost.az” xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.
F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.
Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.
Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır.
İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.