Şəmkir rayon Şəmkir kənd tam orta məktəbinin müəllimi Arifə Məmmədovanın təşkilatçılığı və şagirdlərinin iştirakı ilə 27 sentyabr – Anım Gününə həsr edilmiş olduqca təsiredici videoçarx hazırlanmışdır.
“Newpost.az” xəbər verir ki, sözügedən videoçarx Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq 27 Sentyabr Anım Gününə həsr olunmuşdur. Bu tədbirlər planına əsasən Şəmkir məktəbliləri Şəmkir şəhidlərinin timsalında bütün şəhidlərimizi qürur və ehtiramla yad ediblər.
Videoçarxın bir özəlliyi isə məhz baş rolda şəhid övladının yer almasıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!