Milli Məclisin deputatı İlham Məmmədov Yevlaxın Səmədabad kəndində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksinin açılışında iştirak edib
Açılışda çıxış edən Millət vəkili ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələri və qazilərin sosial rifahının yüksəldilməsi istiqamətində əsaslı işlər həyata keçirildiyini vurğulayıb. O, vətənimizin ərzi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin valideynlərinə baş sağlığı verərək abidənin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürünü bildirib.