Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.
“Newpost.az” AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər.
Dövlət başçıları biznes forumda çıxış ediblər.
Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.