Azərbaycan Pespublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın yerli icra hakimiyyəti orqanlarına aid bəndlərinin icrasını təmin etmək məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması üçün yaradılmış yerli monitorinq qrupu”nun Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 18 mart 2022-ci il tarixli 78 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2022-ci il üçün tədbirlər planına əsasən 28 aprel 2022-ci il tarixdə yerli monitorinq qrupunun təşkilatçılığı ilə qrupun sədrinin, üzvlərinin, Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə nümayəndəsinin, şəhər və kənd bələdiyyə sədrlərinin iştirakı ilə məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbiri keçirilmişdir.
“Newpost.az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan yerli monitorinq qrupunun sədri Ləman xanım Yüzbaşova erkən nikahın törətdiyi fəsadlar və məişət zorakılığına səbəb olan amillərdən, eləcə də monitorinq qrupunun fəaliyyətindən danışmış və hesabat təqdim etmişdir. Tədbirdə mövzu ətrafında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə nümayəndəsi Əlifağa Murtuzov azyaşlıların nikaha cəlb olunmasının həmçinin şəriət qaydalarına zidd olduğunu vurğulamışdır.
Daha sonra rayon Prokurorunun köməkçisi Nərmin xanım Fətullayeva, Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Elşən Mustafayev mövzunun hüquqi tərəfləri və rayonda erkən nikaha cəlb olunmanın qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı, Rayon Mərkəzi Xəstəxanasının həkim-anestozoloqu Mirnəsihət Mürsəlov erkən nikahın orqanizmdə törətdiyi fəsadlar, Rayon Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qənbərov erkən nikahın təhsildən yayındırma halları, Qadın Resurs Mərkəzinin direktoru Natəvan xanım Əzizova azyaşlıları erkən nikaha cəlb etməklə onların təhsil və digər hüquqlarının məhdudlaşdırıldığını bildirdi.
Tədbirdə həmçinin rayonda erkən nikah və məişət zorakılığına qarşı mübarizə işnin səmərəliliyinin daha da artırılması məqsədilə şəhər və kənd bələdiyyə sədrlərinə müvafiq monitorinq qrupunun yaradılması tapşırıldı. Bələdiyyələrdə yaradılacaq monitorinq qrupunun sədrinin bələdiyyə sədri, üzvlərinin həmin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin, sahə müvəkkilinin, məktəbin direktorunun, kəndin dini nümayəndəsi və ya mollaları, səhiyyə obyektinin həkiminin, bələdiyyədə çalışan bələdiyyə üzvü olmayan məsul şəxsin, kənd ağsaqqalının olması nəzərdə tutulmuşdur.
































































































































































