Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Voronej vilayətində PUA vurublar.
“Newpost.az” xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev Teleqram kanalında yazıb.
“Bu gün səhər Voronej səmasında hava hücumundan müdafiə sistemləri kiçik ölçülü kəşfiyyat dronunu uğurlu şəkildə zərərsizləşdiriblər. Vəziyyəti nəzarətdə saxlayıram”, – Qusev bildirib.