Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Əsgərabad kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib.
Qəbul zamanı sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
















































































































































