44 günlük Vətən müharibəsində Qələbəmizin yaratdığı reallıqlar əməkdaşlıq formatlarının yeni müəllifi kimi çıxış edən Azərbaycanın Türkiyə və Rusiya ilə imzaladığı bəyamnamələr ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin inkişafında, iqtisadi, mədəni, siyasi əlaqələrimizin yeni bir mərhələsinin başlanmasından xəbər verir.
Bildiyimiz kimi Azərbaycan və Rusiya münasibətləri tarixi köklərə malikdir. İki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyət kəsb edir və Azərbaycanı daha da gücləndirir. Ona görə də Ermənistan gözəl başa düşür ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Moskva Bəyənnaməsi bir cəhəti ilə də ona görə əhəmiyyətlidir ki, seperatçıların dırnaqarası prezident və nazirlərinin zərərləşdirilməsi, Azərbaycana təhvil verilməsi və cəzalandırılması istiqamətində ciddi tədbirlərin görülməsinə zəmin yaradır.
Əminliklə deyə bilərik ki, Moskva Bəyannaməsi Dağlıq Qarabağda yaşayan ermənilərin suverenlik arzularına son qoydu