Psixoloq Samirə Bağırova növbəti dəfə qalmaqallı açıqlaması ilə diqqət çəkib.
O, izləyicilərindən biri tərəfindən ünvanlanan “Sevgilim tez-tez xətrimə dəyir, məni incidən sözlərdən istifadə edir. Düzdür, sonradan üzr istəyir, amma bu hadisə təkrarlanır” mesajına cavabında kişilərin üzr istəməməli olduğunu bildirib.
“Təkrarlanacaq, çünki kişi qadından üzr istəməz. Belə ki, qadınlar qulaqları ilə sevdikləri üçün kişilər asan yola əl atar, sözlə üzr istəyərlər.
Amma bir “əmma”sı var. Kişinin sözlə üzr istəməsi onun bir az zəif xarakterliliyini, aşağı statuslu olduğunu və bir az da sözünün dəyərinin, kəsərinin olmadığını göstərər”, – deyə psixoloq əlavə edib.