“Bundan öncə seçmə yolu ilə “Omikron” ştammına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur.
Bu barədə TƏBİB bildirib
Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omikron” yayılmağa başladığı ölkələrdə “Delta” ştammını üstələyir və yoluxmaların əksəriyyətinin “Omikron” ilə əlaqəli olduğu bildirilir:
“Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştammla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür”