Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gorus-Qafan yolunun Qubadlı rayonu ərazisindən keçən hissəsində inşa etdiyi yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
“Newpost.az” xəbər verir ki, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndi ərazisində tikilib.
Bugünkü açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin də iştirak etdiyi bildirilir.
Şirkətdən verilən məlumata görə, bununla da “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 41-ə çatdırılıb.















































































































































