“Newpost.az” xəbər portalının instagram səhifəsində (newpost_az) canlı olaraq yayımlanan “Canlı ünsiyyət” layihəsinin bu gün efirə gedən buraxılışının qonağı ölkəmizin ən tanınmış fizioterapevt-reabilitoloqlarından biri Gülay Qurbanzadə olub.
Canlı yayımı giriş sözü ilə açan moderator Jalə Məmmədova ilk öncə layihənin əsas məqsədi barədə izləyicilərə ətraflı məlumat verib.
Daha sonra fizioterapevt-reabilitoloq həkim Gülay Qurbanzadə izləyiciləri salamlayaraq canlı yayıma uğurlar arzulayıb.
Sonra izləyicilər tərəfindən ünvanlanmış bir-birindən maraqlı suallar həkim tərəfindən əhatəli şəkildə cavablandırılıb.
Sonda moderator Jalə Məmmədova və həkim Gülay Qurbanzadə izləyicilərə həm verilən maraqlı suallara, həm də layihəyə göstərdikləri yüksək marağa görə təşəkkür ediblər.
https://www.instagram.com/p/CV5yg8agupu/