Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” dərsi adlı layihə çərçivəsində növbəti görüş şəhər 9 №-li tam orta məktəbdə (7-11)-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.
“Newpost.az” xəbər verir ki, tədbirdə ilk olaraq müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızn azadlığı uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Layihəni giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının əməkdaşı Maqsud Süleymanlı son iki əsrlik tarixdə ilk dəfədir ki, Azərbaycanın Vətən müharibəsi zamanı ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək parlaq Qələbə qazanmasından və Dövlət-Xalq-Ordu birliyindən danışdı.
Sonra tədbirdə ənənəvi olaraq YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilmişdir. Layihənin 9№-li məktəb üzrə məruzəçisi YAP Yevlax rayon təşkilatının fəalı, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin direktoru Rəşad Əsədov məruzəsində müstəqil Azərbaycanın qurucusu və memarı olan, 1993-cü ildə xalqın yüksək etimadını qazanıb siyasi hakimiyyətə yenidən gələn ümummilli lider Heydər Əliyevin Ölkənin bütün sferalarında həyata keçirdiyi uğurlu siyasətdən, bu gündə həmin siyasətin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən geniş bəhs etdi. YAP fəalı həmçinin 44 günlük Vətən müharibəsində yeni tarix yazan Ali Baş Komandan cənab İlham Əliyevin güclü, qətiyyətli iradəsindən, onun hərbi və diplomatik sahədəki qətiyyətli mübarizəsindən və yenilməz Ordumuzun şücaətindən danışdı. Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçıları olan məktəblilərlə intellektual oyun keçirilmişdir. İntellektual oyunda 1-ci yerə layiq görülən 10-cu sinif şagirdi Röya Abdullayeva Məhəmməd qızı YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi, 2-ci yerə layiq görülmüş 9-cu sinif şagirdi Rəşad Camalov Zamin oğlu və 3-cü yerə layiq görülmüş 10-cu sinif şagirdi Nazənin Fərzəliyeva Xəyyam qızı YAP Yevlax rayon təşkilatının hədiyyələri ilə təltif edildi.
















































































































































