2021-ci ilin I yarımilliyində tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib.
“Newpost.az” Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, cari əməliyyatlar balansında 1,878 mlrd. dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0,58 mlrd. dollarlıq kəsir yaranıb.
Beləliklə, 2021-ci ilin ilk yarısında Azərbaycanın tədiyə balansının ümumi saldosunda 1 261,3 mln. dollarlıq profisit (ÜDM-in 5,4%-i) yaranıb.