Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın başlayıb.
“Newpost.az”ın xəbərinə görə, Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda kol-kos yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.














































































































































