Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olunub.
“Newpost.az”ın xəbərinə görə, fonda ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə bilərlər.
Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək verə bilərlər.
Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
İOS tətbiqləri:
Azərbaycan Beynəlxalq Bankı
Birbank
Unibank
Rabitə Bank
Paşa Bank
Umico
Express Bank
Android tətbiqləri:
Azərbaycan Beynəlxalq Bankı
Birbank
Unibank
Rabitə Bank
Paşa Bank
Umico
Express Bank
Vebsaytlar:
Azərbaycan Beynəlxalq Bankı
Kapital bank
Paşa Bank
Express Bank
Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “Hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (https://qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür.















































































































































