“Newpost.az” xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar çıxış edərək onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Eyni zamanda bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını qeyd ediblər.