Cəbrayıl rayonu ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanıb.
“Newpost.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.
Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.