Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Şuşa yolunda maraqlı dialoq baş tutub. “Newpost.az” Oxu.Az-a istinadən xəbər verir ki, İlham Əliyev qarşıdakı dağları göstərərək, Xankəndi şəhərinin orada yerləşdiyini bildirib. Bu zaman Ərdoğan qalacaqları hotelin orada olub-olmadığını soruşub. İlham Əliyev orada da hotellərin inşa olacağını qeyd edib. Həmin görüntüləri təqdim edirik: