“Newpost.az”ın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Şərq Aralıq dənizində “DENİZKURDU-2021” təlimlərini müşahidə etdikdən sonra çıxış edərkən bildirib.
-
Türkiyə Daxili İşlər Nazirliyi: May ayında 10 ən təhlükəli terrorçunu məhv etmişik
-
Ukraynada son sutkada 1 703 nəfər COVİD-19-a yoluxub, 84 nəfər ölüb
-
Gürcüstanda daha 504 nəfər koronavirusa yoluxub
H.Akar deyib ki, Türkiyə ordusunun uğurunu həzm etməyən qüvvələr təxribatlar törətməyə cəhd edirlər: “Ordumuza və komandir heyətinə böhtan atmağı vərdiş halına gətirən ordupozanlar var. Fitnə-fəsad ardınca düşən bu “ordupozanlar” nəcib millətimizin sevgisindən, inamından və dualarından ilham alan Türkiyə ordusunun üç qitədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, təlimlərə mane ola və kölgə sala bilməyəcəklər.
Türkiyə Silahlı Qüvvələri, min illərdən süzülüb gələn milli, mənəvi və peşə dəyərlərimizə söykənərək ağılın, məntiqin, elmi biliklərinin işığında, konstitusiyamız və qanunlar çərçivəsində öz vəzifəsini şərəflə icra etməkdədir və bunu əzmlə davam etdirəcəyik. Buna heç kim şübhə etməməlidir”, deyə nazir bildirib.















































































































































