“1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunanda yaralanaraq ermənilərə əsr düşmüşəm”.
Bu sözləri açıqlamasında azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlıların cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Həbib Kazımov deyib. O, 1 il 9 ay erməni əsirliyində olduğunu bildirib: “Əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəyənəklə, çəkiclə bizi döyüb, zülüm veriblər. Bu gün burda mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri “Yoxa”, biri “Alyoşa” ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik “Yoxa” ləqəbi daşıyırdı. O burda deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə o danışırdı, bizi Azərbaycan dilində təhqir edirdi”.
-
Zəngilanda DSX-nın yeni hərbi hissəsi fəaliyyətə başlayıb – FOTO
-
Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib – VİDEO
-
M8 ekspress xəttində gediş haqqı azaldılıb















































































































































