Odlar Yurdu Universitetinin “İnformasiya texnologiyaları sistemləri və Texnopark” institunun direktoru, “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasının müəllimi, professor Rzazadə Etibar Mütəllim oğlu vəfat edib.
Rzazadə Etibar Mütəllim oğlu 22 oktyabr 1954-cü ildə Bakı şəhərində anadan olub. 1971-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsində ali təhsil alıb.
İnformasiya texnologiyaları və kompüter mühəndisliyi sahəsində yerli və beynəlxalq konfranslarda 100-dən çox məqaləsi çap olunub və bir çox nominasiyalar üzrə təltif olunub. 3 kitabın müəllifidir.Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Etibar Rzazadə həmçinin bədii oyma sənəti ilə peşəkar şəkildə məşğul olub.
O, 2017-ci ildə Odlar Yurdu Universitetində “Riyaziyyat, informatika və texniki fənlər” kafedrasında müəllimi kimi fəaliyyətə başlayıb, 2019-cu ildə “Ümumitexniki fənlər və mühəndislik” kafedrasının müdiri, 2020-ci ildən vəfatına qədər isə “İnformasiya texnologiyaları sistemləri və Texnopark” institunun direktoru vəzifəsində çalışıb.
Odlar Yurdu Universitetinin rəhbər və akademik heyəti adından mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verir, səbr diləyirik.