Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yeni rəislərin təyin edilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.
“Newpost.az” xəbər verir ki, Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Orxan Faiq oğlu Nəzərli isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

















































































































































