Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.
“Newpost.az” xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Gənclərbirliyi” – “Ərzurumspor” və “Konyaspor” – “Ankaragücü” görüşlərində qalib müəyyənləşməyib. Altı qolun qeydə alındığı “Antalyaspor” – “Sivasspor” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb.
Ötən tur “Kasımpaşa” səfərindən əliboş qayıdan lider “Beşiktaş”, bu dəfə “Alanyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda darmadağına sevinib.
Türkiyə Super Liqası
33-cü tur
7 aprel
Gənclərbirliyi – Ərzurumspor 1:1
Qol: Lima, 29 – Da Kosta, 90+2.
Konyaspor – Ankaragücü 1:1
Qol: Şengeliya, 76 – Badji, 65.
Antalyaspor – Sivasspor 2:4
Qol: Fredi, 27-pen; 67 – Boyd, 1; 36. Yatabare, 47. E.Yeşilyurt, 90+2.
Beşiktaş – Alanyaspor 3:0
Qol: C.Tosun, 11. Gezzal, 58. Nkudu, 85.















































































































































