İtaliyanın “Latsio” klubunun futbolçusu Daniel Gerini 19 yaşında vəfat edib.
“Newpost.az” xəbər verir ki, bu barədə “Latsio”nun mətbuat xidməti məlumat verib.
Gerininin Romada iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında həlak olduğu bildirilib.
Latsiodan əlavə, Gerini Torino, Fiorentina və SPAL gənclər komandalarında oynayıb. O, həmçinin İtaliya U-15 milli komandasında doqquz, U-16 millisində isə dörd oyun keçirib.