Baş nazir Əli Əsədov deputatların ərzaq qiymətlərinin bahalaşması ilə bağlı narahatlığına cavab verib.
“Newpost.az”ın məlumatına görə, Baş nazir qeyd edib ki, deputatlar düzgün olaraq bu məsələni qaldırıblar: “Azərbaycan hökuməti də bunu daim nəzarətdə saxlayır. Hökumət öz imkanlarından, vəzifə borcundan istifadə edərək ciddi şəkildə bununla məşğul olacaq. Antiinhisar xidməti tərəfindən gündəlik monitorinqlər aparılır.
Bir çox hal bizdən asılı deyil. Ticarət partnyorları olan ölkələrdə qiymətlər, idxal məsələlərinə təsir edə bilmirik. Qiymət artımını yanacağın qiymətinin artırılmasıyla da əlaqələndirirlər. Təbii olaraq təsiri var. Ancaq fermerlerə subsidiyalar da verilib”.