Son illər Azərbaycan dünyanın inkişaf etmiş ölkələri və aparıcı şirkətləri ilə sıx əməkdaşlıq şəraitində özünün neft və qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatının şaxələndirilməsi, idxaldan asılılığın minimuma endirilməsi, rəqəmsal texnologiyaların tətbiqi sayəsində beynəlxalq nüfuzunu daha da artırmış, bununla dünya iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfələr verməkdə davam edir.
Dünyanın aparıcı beynəlxalq təşkilatları qarşısında öhdəliklləinə daim sadiq qalan Azərbaycan özünün hərbi təhlükəsizlik məsələlərinə daim diqqət yetirmiş, ikili standartlar səbəbindən 30 ilə yaxın məruz qaldığı erməni hərbi təcavüzünə son qoymağı bacarmışdır.
Xarici siyasət məsələsində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında daim bərabər hüquqlu tərəfdaş kimi cıxış edib, ərazi bütövlüyünün pozulması ilə bağlı məsələrdə böyük cəsarət nümayiş etdirərək böyük güclərə qarşı beynəlxalq hüququn təmin olunması ilə ədalətli mövqedə dayanıb.
Bu xüsusda BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi bunun əyani sübutudur.
Azərbaycanın müstəqillik əldə etdikdən sonra başladığı enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb.
İndi ölkəmiz dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır.
Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə böyük maliyyə resursları və insan kapitalı yaranıb. Məhz bunun nəticəsində ölkədə həyata keçirilən bütün islahat və layihələr uğurla icra olunur.
Yeni Azərbaycan Partiyasının son qurultayında möhtərəm Prezidentimizin çıxışında qeyd olunduğu kimi Azərbaycanın güclü dövlətə çevrilməsi, ölkədə ədalətin və həmrəyliyin bərqərar olunması istiqamətində əldə olunan uğurlar Ağdaş sakinlərinin də ürəyincədir.
İnanırıq ki, müasir inkişaf yolunu özünə hədəf seçən dövlətimiz bütün istiqamətlərdə xalqımızın milli maraqlarını əks etdirən başlıca dəyərlərin qorunmasına daim sadiq qalacaqdır.