“5 mart-Bədən Tərbiyəsi və İdman günü”nün qeyd edilməsi məqsədilə Naftalan şəhərində tədbir keçirildi.
“Newpost.az” xəbər verir ki, ilk öncə şəhər Gənclər və İdman idarəsinin əməkdaşları və beynəlxalq və respublika yarışlarının mükafatçıları olan idmançılarla birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi.
Daha sonra Gənclər və İdman idarəsində təşkil edilən tədbirdə idarə rəisi Samir Qocayev “5 mart-Bədən Tərbiyəsi və İdman günü”nün yaranma tarixi, ölkəmizdə idman sahəsindəki uğurlardan və şəxsən cənab prezident İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən dövlət qayğısından geniş söz açaraq bildirdi ki, Dövlət başçımızın idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi qayğı, idmanın maddi texniki bazasının möhkəmləndirilməsi, Olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
İdarə rəisi S.Qocayev “5 mart-Bədən Tərbiyəsi və İdman günü” münasibətilə, idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəbinin uzun illər direktoru vəzifəsində çalışmış Əliyev Fazil Tofiq oğlunun Gənclər və İdman Nazirliyinin 05 mart 2021-ci il tarixli S-01 saylı qərarına əsasən, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adı ilə təltif olunduğunu bildirərək, medal və vəsiqəni ona təqdim etdi. Həmçinin tədbir zamanı bir qurup məşqçi-müəllim idman sahəsindəki səmərəli fəaliyyətinə görə Gənclər və İdman idarəsinin rəisi tərəfindən Fəxri Fərmanla təltif olundu.




















































































































































