Hər zaman öz uğurlu layihələri ilə diqqət mərkəzində olan tanınmış fizioterapevt-reabilitoloq həkim Gülay Qurbanzadənin Masallı rayonunda ödənişsiz pasiyent qəbulu planlaşdırılır.
Bunu “Newpost.az”a açıqlamasında fizioterapevt-reabilitoloq həkim Gülay Qurbanzadə özü vurğulayıb.
O, qeyd edib ki, uşaqlarda onurğa problemləri və qamət pozğunluqları əksər hallarda kiçik yaşlarından özünü biruzə verməyə başlayır. Buna görə də erkən diaqnostika çox önəmlidir. Biz də körpələrimizin sağlamlığını düşünərək bölgələrimizdə baxça və məktəbəqədər təhsil müəssisələrində ödənişsiz müayinələr planlaşdırmışıq.
İlk səfərimiz martın 3-də Masallıda “Uğur pnim” psixoloji mərkəzi və “Şəkər bala” uşaq bağçasında olacaq.
Unutmayaq, sağlam uşaqlar sağlam gələcək deməkdir.
Qəbula öncədən yazılmaq üçün əlaqə nömrəsi:
+99455 292 86 40















































































































































