Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəhbər şəxsləri hərbi xidmət zamanı sağlamlığını itirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, Tağıyev Qiyas Fariz oğlunu ziyarət etmişlər. Qazi Tağıyev Qiyas 04 avqust 1987-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. 1993-cü ildə Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifnə daxil olan Qiyas 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Qazimiz 2014-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlamışdır. 2016-cı il Aprel döyüşlərində iştirak edən Qiyas 2-ci Qarabağ müharibəsi zamanı da Talış kəndi və Suqovuşanın işğalçılardan azad edilməsi uğurunda gedən döyüşlərdə qəhrəmanlıq göstəmişdir. Vətən müharibəsini müvəffəqiyyətlə başa vuran Qiyas 25 dekabr 2020-ci ildə Ağ Uçuq yüksəkliyində düşmənin müharibə zamanı yerləşdirdiyi minaya düşərək ağır xəsarət almış və sağ ayağının bud hissəsi amputasiya edilmişdir. Qazimizin müalicəsi hazırda da davam etdirilir.
Qazimiz ilə söhbət zamanı idarə rəisi Samir Qocayev vurğuladı ki, Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir və bu xeyirxah münasibət xalqımız, xüsusilə də şəhid ailələri tərəfindən çox böyük minnətdarlıqla qarşılanmaqdadır. Möhtərəm Prezident cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir.
Qazi Tağıyev Qiyas və ailəsi onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.
















































































































































