Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə və idarənin rəhbər əməkdaşları Liman şəhər İƏD üzrə nümayəndə Rövşən Musayevlə birgə Lənkəran rayon Liman şəhərində pandemiyadan sonrakı dövrdə idmanın inkişaf etdirilməsi ilə əlaqədar Cənub Regional Boks Mərkəzinin və gənclərin futbol məşqlərinin keçirildiyi əraziyə baxış keçirdi.
“Newpost.az” xəbər verir ki, baxış zamanı idmanın gələcəkdə dahada inkişafı ilə əlaqədar məsələlər müzakirə edildi və müvafiq qeydlər aparıldı. Ərazidə abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar işlərin aparılmasına başlanıldı.
Hər iki əraziyə baxış keçirməzdən öncə Liman şəhər sakini Vətən Müharibəsində canından və qanından keçərək 31 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalan Səmədov Kamran Ceyhun oğlunun məzarı ziyarət edildi. Ziyarət zamanı şəhidin ruhuna dualar oxundu və onun vətən uğrunda göstərdiyi şücaətləri xatırlandı.
Şəhidimiz Vətən müharibəsində böyük döyüş şücaəti göstərdiyindən ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı və Azərbaycan Respublikasının Cəbrayıl və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyindən “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allahdan Şəhidimizə rəhmət diləyirik.