ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) “Brent” markalı neftin qiyməti üzrə proqnozunu artırıb.
“Newpost.az”ın EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 52,7 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 0,5 dollar çoxdur.
Məlumata görə, 2022-ci ildə bu göstəricinin 55,19 dollar səviyyəsində olacağı gözlənilir (1,75 dollarlıq artım).