Naftalan Şəhər Gənclər və İdman idarəsi tərəfindən “2 fevral-Gənclər Günü” münasibətilə idarənin gənc “Könüllülər Komandası”nın bir qrup üzvlərinin mükafatlandırma tədbiri keçirildi. Daha sonra tədbir ağacəkmə aksiyası ilə davam etdirilib.
“Newpost.az” xəbər verir ki, Şəhər İcra Hakimiyyəti başçısının iştirakı ilə 2020-ci il ərzində şəhərin ayrı-ayrı küçələrində, çoxmənzilli yaşayış binalarının qarşısında, yol kənarlarında müxtəlif növ ağac – eldar şamı, çinar, şəhərdaxili yolların dairələrində dekorativ kollar – ümumilikdə 8000-dən artıq ağac və kol əkilib ki, bu kompaniyaya dəstək olaraq idarə əməkdaşları Könüllülər ilə birlikdə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə ağac əkdilər.
Sonda isə şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini gənc nəslin diqqətinə çatdırdı və onları şəhərimizin ekoloji problemlərinə qarşı mübarizədə birgə fəaliyyətə səslədi.


















































































































































