2 Fevral “Azərbaycan Gəncləri Günü” münasibəti ilə Lənkəranlı gənclər Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri quyduqdan və Vətən müharibəsidə şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət etdikdən sonra Lənkəran şəhər Gənclər və İdman İdarəsində tədbir davam etdirildi.
Tədbirdə Vətən müharibəsi qazilərinin, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, Gənlərin İnkşaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin və YAP Lənkəran rayon gənclər birliyinin kollektivləri, Ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər təşkillatlarının sədrləri, müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər və gənc idmançılar iştirak etdi.
Tədbiri idarə rəisi Mikayıl Cəfərzadə giriş sözü ilə açaraq, 2 Fevral “Azərbaycan Gəncləri Günü”nün 1997-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğunu bildirdi və Respublikada dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Azərbaycan gənclərinin özlərini bütün sahələrdə doğrulduğunu vurğuladı.
Mikayıl Cəfərzadə çıxışında 44 günluk Vətən Müharibənin ilk günlərindən bütün xalqımız kimi lənkəranlı gənclərin də bir nəfər kimi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək həm arxa, həm də ön cəbhədə qələbə naminə səylərini əsirgəmədiyini, torpaqlarımızın işğaldan azad olunması uğrunda bütün cəbhələrdə fədakarlıqlar göstərdiyini qeyd etdi.
Tədbirdə iştirak edən təşkilat rəhbərləri çıxış edərək, gənclərimizi təbrik etdilər və gələcək prespektivlər barədə öz təklif və tövsiyələrini diqətə çatdırdılar və eyni zamanda qazilərimiz öz döyüş sücaəti barədə məlumat verdilər.
Daha sonra Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə qazilər Ağazadə Əliabbas Ələddin oğlu, Cabbarlı Vüsal Güləli oğlu, Qasımlı Ehtiram Eldəniz oğlu və Babayev Urfan İqbal oğluna, Rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə Gənlərin İnkşaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Məmmədov Famil Əlifağa oğlu və Bağırlı Amid Natiq oğluna və rayonumuzu idman yarışlarında yüksək səviyyədə təmsil etdiyinə görə Məmmədov Elşən Elşad oğluna Fəxri Fərman və hədiyyələr təqdim edildi.
Gənclərimizi 2 Fevral “Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edirik, möhkəm can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
