Ana südü körpə üçün əvəzolunmaz qidadır. Əgər heç bir əks göstəriş yoxdursa uşaq həyatın ilk 4-6 ayında yalnız ana südü ilə qidalanmalıdır.
“Newpost.az” xəbər verir ki, bu açıqlamanı pediatr həkim Elşən Tağıyev özünün instagram sosial şəbəkəsində paylaşıb.
Ana südü ilə qidalanmaya yalnız bir mütləq əks göstəriş var. Əgər körpədə Galaktozemiya xəsətəliyi varsa bu zaman ona heç bir halda ana südü verilə bilməz. Bu xəstəlik zamanı orqanizmdə südün tərkibindəki galaktoza adlanan şəkəri parçalayan ferment çatışmır. Digər metobolik xəsətəliklər (Fenilketonuriya Orqanik acidemiyalar vəs.) ana südü ilə qidalanmaya mütləq əks göstəriş deyil və ana südü qismən də olsa verilə bilir.
Ana südü ilə qidalanmaya digər əks göstərişlər nisbi hesab olunur. Sitomegalovirus infeksiyası, aktiv Vərəm, QİÇS (SPİD) kimi xəstəliklər zamanı müalicə bitdikdən sonra ana südü ilə qidalanmağı davam etmək olar.
Ana kimyaterapiya və ya şüa terapiyası alırsa, ana narkotik maddələr aludəçisidirsə bu zaman da ana südü verilmir.
Anada yüksək hərarətin olması əmizdirməyə əks göstəriş deyil. Yüksək hərarəti olan ana adi günlərdə olduğu kimi körpəni əmizdimrəyə davam etməlidir.
Döşdə iltihab qızartı, şışkinlik, zamanı da ana körpəni əmizdirməyə davam etməlidir.