Günə yarım stəkan su ilə başlayın. Uşağa səhər yeməyindən yarım saat əvvəl yarım stəkan su verin. Su mədə şirəsi ifrazını stimulə edir və uşağın iştahını artırır.
“Newpost.az” xəbər verir ki, bu açıqlamanı pediatr həkim Elşən Tağıyev özünün instagram sosial şəbəkəsində paylaşıb.
O, eyni zamanda açıqlamasında aşağıdakıları diqqətə çatdırıb:
. Səhər yeməyi orqanizmi tonusda saxlamaq üçün çox vacıbdır. Ona görə də uşaqa səhər yeməyini qaçırmaqa icazə verməyin.
. Dəmir əskikliyi iştahsızllğın əsas səbəblərindən biridir. Dəmirin səviyyəsini nəzarətdə saxlayın , uşaqa dəmirlə zəngin qidalar verin .
. Sink də uşaqın iştahlı olması üçün vacib elementdir.Sinklə zəngin qidaları – balqabaq tumu, göbələk,cevizlər, şpinaq kimi qidaları rasiona əlavə edin .
. Aparılan son tədqiqatlar göstərir ki, balıq yağı da sağlam insanlarda iştahı artıra bilir .Ona görə də əgər uşağınız iştahsızsa balıq yağı sizə kömək edə bilər.