Ötən il Azərbaycandakı Külək Elektrik Stansiyalarında 96,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövrü ölkədə Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt·st elektrik enerjisi istehsal olunub.
Məlumata görə, 2020-ci ildə Azərbaycanda Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.