Hazırda Tovuz rayonunun Düz Qırıqlı kəndi ərazisində Rusiya tərəfindən Azərbaycan pomidoruna qoyulan qadağa ilə bağlı etiraz aksiyası keçirilir.
“Newpost.az”ın Qərb regionu üzrə müxbirinin verdiyi məlumata görə, aksiyada Şəmkir və Tovuz rayonlarından olan bir qrup sahibkar və yerli sakinlər iştirak edirlər.
Əsas məqsəd ölkə rəhbərliyi tərəfindən sözügedən problemin tez bir zamanda aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi ilə bağlıdır.















































































































































