Rusiyanın Dağıstan Respublikasında növbəti dəfə zəlzələ olub.
“Newpost.az” TASS-a isitnadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgədəki mətbuat xidməti məlumat yayıb.
3,7 bal gücündə baş verən təkanların ocağı Çeçenistanla sərhəddə 57 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, ilin əvvəlindən Dağıstanda baş verən dördüncü zəlzələdir. Yanvarın 2-də 4,9 bal, yanvarın 3-də 4,2 bal, yanvarın 4-də isə 3,4 bal gücündə zəlzələlər olub.